Türkiyənin ən vahiməli yerləri – Cinlər, qarabasmalar… (VİDEO)

27.06.2016 - 10:31
qorxuBəzi məkanlar var ki, onlar “Türkiyənin ən qorxulu yeri” adı ilə tarixə həkk olunub.
Publika.az Türkiyənin ən vahiməli yerlərinin siyahısını təqdim edir:
1. Cümə qəbiristanlığı
Dardanel Yenicə rayonuna yaxın Seyvan və Çakıroba kəndləri arasında yerləşən Tənha Cümə məscidinin qəbiristanlığında baş verən hadisələr çoxlarını vahiməyə salıb. 1335-ci ildə tikilən məscidin ətrafında başqa bir tikili olmadığı üçün ona tənha adı verilib. Məscidin həyətində yerləşən qəbiristanlığın isə 680 illik tarixi var. Şahidlərin sözlərinə görə, qəbiristanlıqda ana ilə körpənin bir-birindən uzaq məsafədə yerləşmiş məzarları hər dəfə yenidən birləşib. Əfsanəyə görə, 52 il əvvəl bir qız dünyaya gətirən Xədicə adlı qadın doğuşdan qısa müddət sonra vəfat edib.  Ayşə adı verilən körpə isə cəmi 20 gün sağ qalıb. Körpə Ayşə anasının yerləşdiyi qəbiristanlıqda dəfn edilib. Bir neçə gün sonra məzarları ziyarətə gedən yaxınları iki məzarın bir-birinə birləşdiyini görəndə şok keçirib.
Ailə üzvləri məzarları ayırsa da, onlar yenidən birləşib. Bu hadisə bir neçə dəfə təkrar olunduqdan sonra, onların yaxınları ana və qızın məzarlarına bir daha toxunmayıb. Bu inanılmaz olay barədə “Siccin 2” adlı film çəkilib.
2. Harput
Elazığ yaxınlığında e.ə. 2-ci minillikdən qalmış antik şəhərdə Harput Kamos adlı bədniyyətli bir varlığın yaşadığı deyilir. Deyilənlərə görə, o, eynilə qarabasmalar kimi tək yatan insanlara hücum edir, onların xəsarət almasına, bəzən də ölməsinə səbəb olur. Yarıyuxulu insan onu hiss edir, amma xilas olmaq üçün hərəkət edə bilmir. Gecələr dolaşan bu varlıq bəzən nəhəng, bəzən də cırtdan cildinə girir. Başında isə həmişə heyvan başı gəzdirirmiş. İnanclara görə, kimsə o başlığə çıxara bilərsə, qızıl külçə tapacaq.
3. Kastamonudakı əsrarəngiz türbə
1981-ci ildə türbəni dağıdıb başqa yerdə daha yaxşısını tikmək istəyiblər. Torpaqqazan maşın türbəyə hər dəfə yaxınlaşanda mühərrik dayanıb. Onu heç cürə işə sala bilməyiblər. Sonra insan qüvvəsiylə cəhd olunub. Fəhlələr işə girişib, lakin bu dəfə də bir problem çıxıb və bellər torpaqda ilişib qalıb. Belləri torpaqdan dartıb çıxartmaq istəyəndə onların sapı sınıb. Gecə düşəndə türbənin ətrafında qəribə işıqlar nəzərə çarpıb. Bu işıqları görən fəhlələr qorxudan işi yarımçıq qoyub qaçıb.
4. Davutlu Kənd
Kırklareli Lüləburqaz rayonunun yaxınlığındakı Davutlu kəndində Karadədələrin yaşadığı iddia edilir. Şayiəyə görə, 1989-ci ildə kəndlilər qaranlıq düşəndən sonra qəribə varlıqlar görməyə başlayıb. O gündən sonra müəyyən müddətdə kəndin əhalisi evdən bayıra çıxmağa qorxub. Bu, mətbuatda yayıldıqdan sonra ən yaxşı jurnalistlərdən biri məsələni daha dərindən öyrənmək məqsədi ilə kəndə gedir. Müsahibə zamanı kəndlilər vahiməli varlıq gördüklərini desələr də, jurnalist qeyri-adi hadisəylə üzləşmir. 11 gün orada qalsa da, başqa heç bir məlumat əldə edə bilmir. Jurnalist kamerasını 14 yaşlı bir uşağa verib kənddən ayrılır. Paranormal bir hadisə olarsa, uşağa onu çəkməyi tapşırır. Üç gündən sonra həmin jurnalist polis bölməsinə aparılır. Bunun səbəbi kənddə üç ayrı-ayrı evlərdə yeddi nəfərin parçalanaraq öldürülməsi olur. Üstəlik, kamerasını tapşırdığı uşaq da öldürülür. Hadisədən bir neçə ay sonra jurnalist kəndin meşəsində yoxa çıxır və ondan bir daha xəbər olmur. Onu sorğulayan polisin isə depressiyaya düşərək intihar etdiyi açıqlanır.
5. Antalyadakı paranormal bina
Antalyada 16 mərtəbəli binada cinlərin və pərilərin yaşadığı deyilir. Bu səbəbdən də o binada heç kim yaşamaq istəmir. Deyilənlərə görə, binada yaşayan bir qız ağlını itirərək anasını öldürüb. Əvvəllər bu binada yaşayanlar səhər ayılanda hamamda uzanmış vəziyyətdə olduğunu, qapı-pəncərələrin külək olmadığı halda yelləndiyini və gecə yarısından sonra qəribə səslər eşitdiyini deyib. Binanın altında yerləşən marketdə çalışanların dediklərinə görə, rəflərdəki məhsulların yeri tez-tez öz-özünə dəyişir və ya yerə düşürmüş.

Short URL: http://www.cumhuriyyet.net/?p=68114

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31