Türkiyə və İsrail arasında tarixi anlaşma
Türkiyə və İsrail münasibətlərin normallaşması haqda Romada anlaşma əldə edib.
Virtualaz.org-un məlumatına görə, bu barədə “Reuters” yüksək çinli İsrail mənbəyinə istinadən xəbər verib.
Məlumata görə, hələlik Türkiyə XİN bununla bağlı rəsmi bəyanat yaymayıb. Gözlənilir ki, iki ölkə arasında əlaqələrin bərpası haqda rəsmi bəyanat bazar ertəsi – iyunun 27-də veriləcək.
Virtualaz.org xatırladır ki, 2010-cu ildə İsrail hərbçilərinin beynəlxalq sularda Qəzzaya yardım aparan «Mavi Marmara» gəmisinə hücumu zamanı 10 Türkiyə vətəndaşı öldürülmüşdü.
Bundan sonra Türkiyə ilə İsrail arasında münasibətlər gərginləşmişdi. Türkiyənin tələbi ilə İsrail 3 il sonra üzr istəmişdi. Yalnız ötən ilin dekabrında, ardından – bu ilin fevralında buzları əritmək istəyən hər iki ölkə təmsilçiləri Cenevrədə bir araya gəliblər.
Bu ilin aprelində isə Türkiyə xarici siyasət idarəsi Ankara və Təl-Əvivin münasibətlərin bərpası yönündə böyük tərəqqi əldə edildiyini bəyan etmişdi.
Short URL: http://www.cumhuriyyet.net/?p=68116