Azərbaycanlı boksçular Sxinvala getmədilər – “Separatçı bölgədir”
Azərbaycan Boks Federasiyası öz idmançılarını Gürcüstandan birtərəfli şəkildə müstəqilliyini elan etmiş Sxinval bölgəsinə göndərmək niyyətində deyil.
“Nə Azərbaycan yığmasının boksçuları, nə də Azərbaycan klublarının idmançıları Sxinvala getməyəcəklər, çünki bu, separatçı bölgədir”, – Azərbaycan Boks Federasiyasından belə bildirilib.
Qeyd edək ki, iyunun 25-də Sxinvalda “Cənubi Osetiyanın Prezident Kuboku uğrunda I Beynəlxalq boks turniri” keçirilib və yarışa Moskvadan, Krımdan, Abxaziyadan, Dnestryanı bölgədən, həmçinin Azərbaycandan, Ruazandan, Vladiqafqazdan, Çexiyadan və Qırğızıstandan boksçular dəvət olunub.
Short URL: http://www.cumhuriyyet.net/?p=68123