Hər iki ayağı kəsilən qadından XƏBƏR VAR

27.06.2016 - 11:13

qadinSəhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində həkim-cərrah Kərimov Valeh Ağalələ oğlu tərəfindən sol ayağı amputasiya edilməli olduğu halda, sağ ayağı kəsilən, sonradan yenidən sol ayağı əməliyyat olunan Məmmədova Tərlan Həsən qızının vəziyyəti orta ağırdır.

Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin direktoru Azər Şəmsəddinski APA-ya açıqlamasında deyib ki, xəstə bir az özünə gəlib, yaraları təmizdir. Xəstənin sağalması üçün uzun müddət lazım olduğunu deyən A.Şəmsəddinskinin sözlərinə görə, T.Məmmədova sabah palataya köçürüləcək: “Xəstə bayram günlərində reanimasiyada saxlanılıb. Vəziyyəti yavaş-yavaş düzələn xəstə sabah palataya yerləşdiriləcək”.

Mərkəzin direktoru əlavə edib ki, hadisə barədə ekspertizanın rəyi bir neçə günə məlum olacaq. Bu prosesin ən azı bir həftə çəkəcəyini deyən A.Şəmsəddinskinin sözlərinə görə, Səhiyyə Nazirliyində məsələ ilə əlaqədar yaradılan xüsusi komissiyada hazırlanacaq ekspertizanın nəticəsi üçün bir neçə mütəxəssis rəy verməlidir.

Qeyd edək ki, iyunun 24-də uzun müddət diabet xəstəliyindən əziyyət çəkən Bakı şəhər sakini, 1929-cu il təvəllüdlü Məmmədova Tərlan Həsən qızı Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində həkim-cərrah Kərimov Valeh Ağalələ oğlu tərəfindən cərrahiyyə əməliyyatı olunarkən sol ayağı amputasiya edilməli olduğu halda, sağ ayağı amputasiya edilib. Səhiyyə Nazirliyində məsələ ilə əlaqədar xüsusi komissiya yaradılıb və araşdırmalara başlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=68134

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31