NATO-nun keçmiş baş komandanı Rusiyanı ABŞ-a və dünyaya təhlükə sayır

27.06.2016 - 11:29

bridlavnNATO-nun birləşmiş silahlı qüvvələrinin keçmiş baş komandanı, general Filip Bridlav Rusiyanı ABŞ və onun müttəfiqləri, habelə bütün dünya düzəni üçün “eksiztensial (mövcud) təhdid” hesab etdiyini bildirib.

Musavat.com-un xarici informasiya mənbələrinə istinadən verdiyi xəbərə görə bu barədə Bridlavın “Foreign Affairs” jurnalındakı məqalədə deyilir.

General məqaləsində qeyd edib ki, o, 2013-cü ildə NATO Baş komandanı vəzifəsinə gəldiyi zamanı ABŞ və onun Avropadakı NATO üzrə müttəfiqlərinin yaxşı təhcizata rəğmən Rusiya tərəfdən gələn, habelə Yaxın Şərq və Şimali Afrikada qeyri-stabil vəziyyətdən doğan təhdidlərə hazır olmadığını aşkar edib.

Bridlav belə hesab edir ki, Avropada həyata keçirilən istənilən strategiyanın əsasında “Rusiyanın Birləşmiş Ştatlara, onun müttəfiqlərinə və beynəlxalq düzənə davamlı ekzistensial təhdid yaratmaqda və onun yenidən dünya dövləti olmaq niyyətində olmasının dərk edilməsi” dayanmalıdır.

İstefada olan baş komandanın fikrincə “Moskva bunu Baltik dənizində ABŞ hərbi gəmilərinə helikopterlər vasitəsi ilə hücum imitasiyasını həyata keçirməklə, habelə ABŞ-ın sahil xətti boyunca strateji bombardman təyyarələrinin uçuşlarını bərpa etməklə açıq şəkildə nümayiş etdirir”.

Bridlav Rusiyanın Suriyada həyata keçirilən əməliyyatlarını “hərbi müdaxilə” adlandıraraq bununla Moskvanın öz nüfuzunu xaricdə genişləndirmək niyyətindən başqa bir şey olmadığını yazıb.

Bütün bunlara rəğmən general Bridlav ABŞ-ın və onun müttəfiqlərinin Ruiyanın aqressiv hərəkətlərinə qarşı kifayət qədər hazırlaşmadığını da bildirib.

General Filip Bridlav bu ilin noyabrında ABŞ-ın seçiləcək yeni prezidentinin və onun adminstrasiyasının Rusiya ilə münasibətlərdə yeni strategiya xəttini güdəcəyini düşünür.

Short URL: http://www.cumhuriyyet.net/?p=68142

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31