Ermənistan yaralılarına pul xərcləməkdən imtina etdi

27.06.2016 - 11:32

esgerAlmaniyada aprel ayında getmiş döyüşlərdə ağır yaralanmış erməni hərbçilər Arman Ləzgiyanın və Ruben Arakelyanın müalicəsi davam etdirilir. Virtualaz.org 1in.am saytına istinadən xəbər verir ki, dövlət hərbçilərin müalicəsinə görə nə ölkə daxilində, nə də onun xaricində xərcləri öz üzərinə götürmək fikrində deyil.

Yerevan Ağsaqallar şurasının “Salam, Yerevan!” fraksiyasının üzvü Anait Baxşyan bildirib ki, “Erebuni” tibb mərkəzi hərbçilərin müalicəsi üçün dövlət büdcəsindən maliyyə dəstəyi almayıb.

Baxşyanın sözlərinə görə, “Erebuni” tibb mərkəzi səkkiz yaralı hərbçi qəbul edib və onların müalicəsi ən yaxşı tərzdə həyata keçirilib.

“Yalnız Erikin dərmanlarına 3 milyon dramdan çox pul xərclənib, hələ başqa xərcləri demirik. Səhiyyə Nazirliyi hətta dövlət sifarişi ilə müəyyən edilmiş vəsaiti də köçürməyib”, – o qeyd edib.

Ağsaqqallar şurasının üzvü hesab edir ki, “Erebuni” tibb mərkəzinin müalicəni hansı vəsait hesabına həyata keçirməsi əhəmiyyətli deyil, əsas odur ki, hərbçilər pulsuz müalicə olunublar, bunu Almaniyada etmək praktiki olaraq mümkün deyil.

“Ermənistanda mümkün olan hər şey həkimlərimiz tərəfindən edilib, lakin Almaniyada hərbçilərimizin müalicəsi işində də tərəqqi nəzərə çarpır. Dövlət sifarişi üzrə edilməli olan edilməyib, onlar hər vəchlə oğullarımızın ölkədən kənara aparılmasına mane olmaq istəyirdilər”, – Baxşyan narahatlığını bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=68144

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31