Lövdən növbəti ürəkbulandırıcı hərəkət – VİDEO

27.06.2016 - 14:22

lovAlmaniya yığmasının baş məşqçisi Yoahim Löv yenə qeyri-adi hərəkəti ilə gündəmə gəlib. ANS PRESS-in məlumatına görə, alman mütəxəssis Slovakiyanı 3:0 hesabı ilə yendikləri 1/8 final matçında kameraların hədəfinə çevirilib.

Löv Ukrayna ilə qrup matçı zamanı əlini şalvarına saldıqdan sonra burnuna apararaq iyləyən zaman kameranın yaddaşına düşmüşdü. O, bu dəfə əlini qolunun altına saldıqdan sonra burnuna aparaq iyləyib. Lövün bu hərəkəti də kameralardan yayınmayıb.

Bu arada “Avro-2016″da 1/4 finala yüksələn Almaniya millisi ilkə imza atıb. Bundestim buna Slovakiya ilə 1/8 final görüşündə nail olub.

Rəqibinə 3:0 hesabı ilə qalib gələn almanlar turnirin dördüncü matçında da qapısından top buraxmayıb. Bununla da, Almaniya yığması Avropa çempionatlarının final mərhələlərinin ilk 4 oyununda qapısını toxunulmaz saxlayan ilk komanda olub.

Maraqlıdır ki, almanlar “Avro-2016″da 352 dəqiqə qapısında top görməyən polşalıları geridə qoyub. Polşa 1/8 finalda İsveçrə ilə görüşə qədər qapısının toxunulmazlığını qorusa da, 82-ci dəqiqədə Xerdan Şakirinin mükəmməl qoluna əngəl ola bilməyib. Qrup mərhələsini quru hesabla keçən almanlar 1/8 finalda da qapısında top görməyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=68187

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31