Türkiyə Papanı da tənqid etdi – NÖVBƏTİ QALMAQAL

27.06.2016 - 15:59

papa3Türkiyə Roma Papası Fransiskin Ermənistan səfəri zamanı “erməni soyqırımı” deməsini sərt tənqid edib. ANS PRESS-in məlumatına görə, bu, Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) Roma Papasının İrəvanda 1915-ci il hadisələrini ermənilərin “soyqırımı” kimi dəyərləndirməsinə etiraz bəyanatında bildirilib.

“Roma Papası Fransiskin saxta “erməni soyqırımı” ifadəsini işlətməsi, 1915-ci hadisələri ilə bağlı erməni katalikosu ilə bəyanat qəbul etməsi, ölkəsinə qayıdanda yalan və iftira dolu sözlər işlətməsi onun ermənilərin təsiri altında danışdığını bir daha göstərir”.

XİN Papanın çıxışını yalan və böhtan dolu adlandırıb.

Bundan əvvəl Türkiyə baş nazirinin müavini Nurəddin Canikli Papanın “soyqırım” deməsinə  reaksiya verərək demişdi ki, onun işlətdiyi ifadələr obyektiv deyil və həqiqətə uyğun gəlmir.

Roma papasının İrəvanda ayində iştirak etməsi

Roma papasının İrəvanda ayində iştirak etməsi

Onun sözlərinə görə, Papanın belə bir açıqlama verməsi böyük ədalətsizlikdir. “Obyektiv və həqiqətə uyğun deyil. Bunu ermənilər və bütün dünya bilir. Təbii ki, bu çıxışa ciddi yanaşmırıq. Bu millətin tarixində belə bir ləkə yoxdur”.

O deyib ki, Roma Papasının fəaliyyətində xaçlı zehniyyətinin təzahürlərini açıq-aşkar görmək mümkündür.

Roma Papası Fransisk Ermənistana səfəri zamanı “erməni soyqırımı” ifadəsini işlədib. Ermənistana ziyarətinin ilk günündə Papa nitqi zamanı əvvəlcədən mətnə daxil edilməyən fikirlərini söyləyib.

Ekspromt deyilən nitqdə Papa Fransisk osmanlıların ermənilərə qarşı “soyqırım” törətdiyini bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=68221

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31