Avropa İttifaqının yerinə yeni superdövlət yaradılır

27.06.2016 - 16:34

avropaPolşanın TVR dövlət kanalı Fransa və Almaniyanın Avropa İttifaqının əvəzinə yeni “super dövlət yaratmaq” layihəsi üzərində işlədiyini bildirib.

Ölkə.Az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, telekanal bu gün Almaniyanın xarici işlər naziri Frank Valter Ştanmayerin Vışeqrad dördlüyü ölkələrinin (Çexiya, Polşa, Slovakiya və Macarıstan) XİN başçılarının görüşündə layihə sənədini təqdim edəcəyini iddia edir. 9 səhifəlik sənəd Ştanmayer və Fransanın XİN başçısı Jan Mark Eyro tərəfindən hazırlanıb.

Sənəd Avropa İttifaqının bu gün ən güclü oyunçuları sayılan dövlətlərin rəhbərliyi ilə yeni superdövlətin yaradılmasını nəzərdə tutur. Yeni birliyə daxil olacaq dövlətlərin faktiki olaraq öz ordusu, xüsusi xidmət orqanları, cinayət məcəllələri, vergi sistemləri, xüsusi valyutaları olmayacaq.

Həmçinin, birliyə daxil olan dövlətlər öz sərhədlərinə və qaçqınların qəbul edilməsi, yerləşdirilməsi üzrə prosedurlara nəzarəti itirəcəklər. Bu birlikdə vahid viza sisteminin yaradılması və vahid xarici siyasət yürüdülməsi gözlənilir.

Yeni superdövlət NATO-nun Avropa qitəsindəki rolunu məhdudlaşdıracaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=68229

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31