Yerevanda anti-Rusiya mitinqi dağıdılır – FOTO

27.06.2016 - 17:12

mitinqHüquq-mühafizə orqanlarının mülki feyimdə olan əməkdaşları Ermənistan parlamentinin yanına toplaşan etirazçıları qovmağa başlayıblar.

Virtualaz.org bildirir ki, məlumatı erməni KİV-i yayıb.

Məlumatda deyilir ki, parlament binası qarşısında etiraz aksiyası keçirərək Rusiya ilə Ermənistan arasında Hava Hücumundan Vahid Müdafiə Sisteminin yaradılması ilə bağlı sazişin ratifikasiya olunmamasını tələb edən “Biz ölkəmizin sahibiyik” təşəbbüs qrupunun üzvlərinə qarşı güc tətbiq olunur.

Ondan əvvəl etirazçılardan biri onlara yaxınlaşan Ermənistanın sabiq baş naziri, hazırda parlamentin deputatı olan Qrant Baqratyana şüşə butulka atıb. “O, şüşə atıb qaçdı. Çox güman ki, bu, təxribat idi”, – deyə Qrant Baqratyan jurnalistlərə açıqlamasında bildirib.

Baqratyan etirazçılara müqavilənin xarakterini aydınlaşdırmaq üçün yaxınlaşdığını deyib. Polis deputata hücum edən etirazçını saxlayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=68237

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31