İngiltərə baş məşqçisi istefa verdi – Məğlubiyyətə görə

28.06.2016 - 10:50

hocson“Avro-2016”nın 1/8 final mərhələsində gözlənilmədən İslandiyaya məğlub olan İngiltərənin baş məşqçisi Roy Hocson vəzifəsindən istefa verib.

Aznews.az xəbər verir ki, bu barədə turnirin “twitter”dəki rəsmi bloqunda məlumat yerləşdirilib. Məlumata görə, 68 yaşlı mütəxəssis komandasının uğursuzluğunda özünü günahkar hesab edib. “Çox məyusam. Çempionatı belə erkən tərk etmək yolverilməzdir. Bunların günahı məndədir. Buna görə də getmək qərarına gəldim” – deyə o bildirib.

Daha sonra o fikirlərini belə davam etdirib: “Müqaviləmin müddəti iki ildən sonra bitir, lakin bügünki məğlubiyyətdən sonra yalnız istefa verə bilərəm. Komandaya cavan mütəxəssis başçılıq etməlidir”.

Qeyd edək ki, Hocson İngiltərə millisini 2012-ci ildən çalışdırırdı.

Short URL: http://www.cumhuriyyet.net/?p=68263

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31