İsrailli faşist qadın nazir tarixi razılaşmaya veto qoydu

28.06.2016 - 14:09

qesTürkiyə-İsrail münasibətlərinin normallaşması barədə az öncə imzalanan razılaşmanın əleyhdarları tapıldı. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, bunlar İsrailin təhsil və ədliyyə nazirləridir.

İsrailin “Jerusalem Post” qəzetinin məlumatına görə, ədliyyə naziri Ayelet Şaked və Naftali Bennett bu barışığa veto qoyacaqlarını açıqlayıblar.

Bennetin sözlərinə görə, bu, çox önəmli razılaşmadır və İsrailin maraqlarına uyğundur. “Ancaq terror qurbanlarının ailələrinə təzminat İsrailin gələcəkdə peşmanlıq duyacağı bir faktdır”. O həmçinin İsrailin itkin hesab edilən iki hərbçisinin meyitlərinin qaytarılması üçün Türkiyəni daha fəal olmağa çağırıb.

İsraildə Türkiyə ilə əldə edilən razılaşmanın qüvvəyə minməsi üçün Təhlükəsizlik kabinetində səsvermə olmalıdır. Hər iki nazir “Habayit Hayehudi” partiyasının üzvüdür.

Şaked 2014-cü ildə fələstinli analar ilə bağlı irqçi ifadələri sayəsində R.T.Ərdoğanın sərt tənqidinə məruz qalmışdı. “İsraildə bir qadın çıxıb və belə deyib: “Fələstinlilərin hamısı bizim düşmənlərimizdir və onların qanı bizim əlimizdə olmalıdır. Buna öldürülən terrorçuların anaları da daxildir. Fələstinli analar da öldürülməlidir”. Bunu deyən bir qadın deputatdır. Sual verirəm – bu zehniyyətin Hitlerinkindən nə fərqi var? Sən necə qadınsan? Nə pis bir qadınsan? Sənin genlərində nə isə var”.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=68289

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31