Ərdoğandan təcili iclas: İlk açıqlamasını verdi

29.06.2016 - 11:18

erdoqan3Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində baş vermiş dəhşətli terrorla bağlı təcili iclas çağırıb.

“Qafqazinfo”nun Anadolu Agentliyinə istinadən məlumatına görə, toplantıda Baş nazir Binəli Yıldırım və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar da iştirak ediblər.

Prezident iclasdan sonra qısa açıqlama verib:

“Atatürk Hava Limanındakı hadisəni şiddətlə qınayıram. Terror bir daha öz qaranlıq üzünü ortaya qoydu. Bu, 7,5 milyard insana qarşı törədilmiş bir hərəkətdir. Qərb bu oyuna qərarlı bir reaksiya göstərməlidir. Bu hücum mübarizə üçün bir dönüş nöqtəsi olsun”.

Qeyd edək ki, hava limanında törədilən terror aktı nəticəsində 28 nəfər ölüb, 60 nəfər yaralanıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=68397

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31