Avropa liderlərindən İstanbul terroruna REAKSİYA

29.06.2016 - 11:50

ab2Avropa liderləri Brüssel görüşündə İstanbulun Atatürk hava limanında törədilən terror aktına görə Türkiyəyə baş sağlığı veriblər.

Publika.az “euronews”a istinadən xəbər verir ki, Almaniyanın kansleri Angela Merkel terrorla mübarizədə türk xalqının yanında olduğunu bildirib.

Fransa prezidenti Fransua Olland Türkiyə ilə həmrəyliyini ifadə edib. Dövlət başçısı qeyd edib ki, onlar gələcəkdə hərəkətlərini əlaqələndirməyə və terrorizmlə mübarizə üzrə təşəbbüsləri artırmağa məcburdurlar.

Avropa Şurasının sədri Donald Tusk terror aktı nəticəsində ölənlərin ailələrinə dərin başsağlığı verib: “Belə vaxtlara biz hamımız bir olmalıyıq”.

Xatırladaq ki, terror aktı nəticəsində 36 nəfər həlak olub, 147-si yaralanıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=68417

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31