Hakimin oteldə qızlarla yataq görüntüləri yayıldı – FOTO

29.06.2016 - 12:20

hhOyun zamanı mübahisəli qərarlar verən və Markos Rojoya göstərdiyi qırmızı vərəqə ilə argentinalı fanatları özündən çıxaran 43 yaşlı braziliyalı ədalət təmsilçisinin oteldə çilili qızlarla çəkilmiş çılpaq fotoları yayılıb.

Argentina yığmasının və “Barselona”nın ulduzu Lionel Messi məhz bu oyundan sonra millidə karyerasını başa vurub. Messi Amerika Kubokunun finalında Çiliyə məğlubiyətdən sonra bu qərara gəlib. Oyundan sonra ulduz futbolçu, həmçinin göz yaşlarına hakim ola bilməyib.

Argentina və Çili millilərinin üz-üzə gəldikləri final oyununun əsas və əlavə edilmiş vaxtlarında hesab açılmayıb.

Kubokun sahibini müəyyən etmək üçün təyin edilən penalti seriyasında gülən tərəf çilililər olub. Penaltiləri daha dəqiq yerinə yetirən Çili yığması 4:2 hesabı ilə qalib gələrək ardıcıl ikinci dəfə Amerika kubokunun qalibi olub. Argentina yığmasının lideri penalti zərbəsindən yararlana bilməyib.

Amerika Kubokunun finalında Çiliyə məğlubiyyətdən sonra daha iki argentinalı ulduz futbolçu yığma karyerasını başa vurub. Messinin ardınca Xavyer Maskerano və Serxio Aquero millidən getməklə bağlı qərar verib.

Çili yığması ötən il də kubokun finalında penalti seriyasında Argentinaya qalib gəlmişdi. Nyu-York yaxınlığında yerləşən “Metlife” stadionunda keçirilən final matçını 82 min azarkeş izləyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=68429

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31