Ərdoğan dəhşətli teraktın törədildiyi Atatürk aeroportuna gedir
Türkiyənin Atatürk hava limanında baş vermiş terror hadisəsi ilə əlaqədər xüsusi komisiya yaradılıb.
ANS TV-nin məlumatına görə, komisiyaya Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar rəhbərlik edir.
Partlayışı həyata keçirən 3 terrorçu kamikadzeninin milliyəti artıq məlum olsa da yayım qadağası olduğu üçün hələki onların adları açıqlanmır. Lakin onlardan birinin Suriya vətəndaşı olduğu bildirilir.
Terror aktı nəticəsində həlak olan 39 nəfərdən 3-ü kamikadzedir. Artıq 30 nəfərin kimliyi artıq dəqiqləşdirilib. Ölən və yararlananların əksəriyyətinin xarici ölkə vətəndaşları olduğu bildirilir. Azərbaycan vətəndaşının ölən və yaralananalar arasında olmadığı artıq öz təsdiqini tapıb.
Bir qədər sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan terror hadisəsi baş verən Atatürk Hava limanını ziyarət edəcək. Prezident əvvəlcə terroun baş verdiyi hava limanını gəzdikdən sonra xəstəxanalarda yaralılara baş çəkəcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=68448