Ramzan Kadırov Türkiyə olaylarını qınadı

29.06.2016 - 13:31

kadirov“Terrorçuların əsl məqsədi qorxu yaratmaqdır”

Ölkə.Az xəbər verir ki, bu sözləri Çeçenistan prezidenti Ramzan Kadırov İstanbul Atatürk Hava Limanında törədilən terror hadisəsini pisləyərkən deyib.

Kadırov həmçinin hadisə zamanı həyatını itirənlərin yaxınlarına başsağlığı verib:

“Terrorçuların kimliyinin və nə istədiklərinin heç bir əhəmiyyəti yoxdur. Onların bu hərəkətlərini kəskin qınayırıq. Dünyada terrorla məqsədə çatmaq olmaz. Belə əmələ haqq qazandırmaq qətiyyən qəbuledilməzdir. Əgər terrorçulara qarşı müştərək şəkildə sərt tədbirlər görülərsə, insanlığa düşmən kəsilənlərin qarşısını almaq mümkün olar. Terrorçuların əsl məqsədi qan, kütləvi qətllər və qorxudur”.

Qeyd edək ki, Çeçenistan prezidenti bundan öncəki çıxışlarında Türkiyə ilə bağlı sərt fikirlər səsləndirmişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=68450

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31