Sabiq polis polkovnikini və doğmalarını qətlə yetirən gənclərin həbs müddəti uzadılıb
Samara vilayətinin Sızran rayonunun keçmiş polis rəisi Andrey Qoşt və onun ailə üzvlərinin qətlində ittiham olunanların barəsindəki həbs müddəti dörd ay uzadılıb.
Bu bardə “Arqumentı i Faktı” nəşri məlumat yayıb. Keçmiş polis rəisinin və doğmalarının qətlində əli olanlardan üçü – 24 yaşlı Orxan Zöhrabov, 23 yaşlı Roman Fətəliyev və 22 yaşlı İslam Babayev Azərbaycan, cinayətin digər iştirakçısı 23 yaşlı Məhmədəli Əhmədov isə Tacikistan vətəndaşıdır.
Xatırladaq, bu qətliam aprel ayının 24 -də gecə saatlarında Sızran rayonunun İvaşevka kəndində, A.Qoştun valideynləri yaşayan evdə baş verib. Hadisənin yeganə canlı şahidi, ağır kəllə-beyin sınığı ilə xəstəxanaya çatdırılan sabiq polis rəisinin 7 yaşlı qardaşı qızı olub. Qatillər qurbanlarının bəzi şəxsi əşyalarını özləri ilə götürüblər.
Faktla bağlı cinayət işi qaldırılıb, istintaq davam edir.
Short URL: http://www.cumhuriyyet.net/?p=68456