Terror zamanı azərbaycanlı aktrisa da hava limanında olub – FOTO (VİDEO)

29.06.2016 - 15:11
skDünən İstanbulda Atatürk hava limanında baş verən terror zamanı azərbaycanlı aktrisa Gülşən Hüseynli də orada olub.

Axşam.az-a açıqlamasında aktrisa hələ də hadisənin şokundan ayıla bilmədiyini deyib: “Bakıya gəlməyə hazırlaşırdıq. Hələ də inana bilmirəm ki, sağ qala bilmişik. Bu, möcüzə sayəsində baş verdi”.
Hələ də hava limanında olan G.Hüseynli bu gün Bakıya qayıdacaqlarını bildirib. Onun sözlərinə görə, təxminən 30-40 azərbaycanlı hazırda Bakıya dönmək üçün Atatürk hava limanında gözləyir.
Qeyd edək ki, dünən gecə saatlarında İstanbuldakı Atatürk hava limanının beynəlxalq terminalında terror aktı törədilib. Rəsmi açıqlamalara görə, partlayışlar nəticəsində 36 nəfər dünyasını dəyişib, 147 nəfər isə yaralanıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=68478

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31