Putinlə Ərdoğan Çində görüşəcək G20 SAMMİTİ ÇƏRÇİVƏSİNDƏ

29.06.2016 - 16:36

putin5Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin bu ilin sentyabrında Çində keçiriləcək G20 sammiti çərçivəsində şəxsən görüşəcəklər.

Virtualaz.org bildirir ki, məlumatı NTV kanalı ölkə rəhbərliyindəki mənbəyə istinadən yayıb.

Məlumatda o da bildirilir ki, o vaxta qədər liderlər arasında yeni telefon əlaqələrinin olacağı istisna edilmir.

Məlumata Ərdoğanın mətbuat xidmətindən heç bir şərh verilməyib.

“Hələlik bizdə bu barədə rəsmi məlumat yoxdur, əgər elə bir plan olacaqsa, bu barədə rəsmən xəbər verəcəyik”, – deyə oradan bildiriblər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə liderlər arasında görüşün yeri və vaxtı barədə suala cavabında deyib: “Görüşün vaxtı və yeri diplomatik kanallarla dəqiqləşdiriləcək”.

Xatırladaq ki, bu gün Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub. Türkiyə tərəfi prezidentlərin görüşü barədə razılığa gəlindiyini bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=68502

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31