Ukraynada daha bir azərbaycanlı iş adamı öldürüldü

29.06.2016 - 16:53

qetl2Ukraynanın Pokrovsk şəhərində (keçmiş Krasnoarmeysk) azərbaycanlı iş adamını öldürərək, 40 min dollarını aparıblar.

Pokrovsk Azərbaycanlılar Konqresindən APA-ya verilən məlumata görə, öldürülən şəxs əslən Azərbaycanın Xaçmaz rayonundan olan, 1966-cı il təvəllüdlü Ukrayna vətəndaşı Abdulla Abdullayevdir.

Ukraynanın bir neçə şəhərində valyutadəyişmə məntəqələri olan A. Abdullayev iyunun 14-də axşam saatlarında evinə gedərkən öldürülüb.

İş adamının meyiti yararsız hala salınmış avtomobilində tapılıb. Onun başında güllə yarası aşkarlanıb. Qatillər avtomobildəki 40 min dollara yaxın pulu da aparıblar.

Yaşadığı şəhərdə dəfn olunan iş adamının qətli ilə bağlı cinayət işi başlanılıb, qatillər axtarılır.

Qeyd edək ki, bu günlərdə Donetsk vilayətinin Qorlovka şəhərində də azərbaycanlı iş adamı İlqar Aşurov oğurlanaraq öldürülüb. Cinayəti törədənlər onun avtomobilini və killi miqdarda pulunu oğurlayıblar.

Bundan başqa, Pokrovskda “Azərbaycan” Cəmiyyətinin sədri Şahin Bəylərovun mülkləri və iki avtomobili partladılıb.

Son bir ildə isə Ukraynada 25 azərbaycanlının yoxa çıxdığı bildirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=68508

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31