Türkiyənin qəhrəman polisi danışdı

30.06.2016 - 11:01

terror6Onlarla insanın həyatını xilas edən türk polisi müalicə aldığı xəstəxanada Türk hava yollarının rəhbəri İlker Aycı ziyarət edib.

Anspress xəbər verir ki, ziyarəti ilə bağlı Aycı polisin ona dediklərini danışıb.

“Hadisə zamanı, o (terrorçu – red.) atəş açaraq gəlirdi. İlk cəhdimdə onu vurmağı bacardım. Atışmada yaralandığımı hiss etməmişəm”, – qəhrəman polis terrorçunu necə zərərsizləşdirdiyini deyib.

İlker Aycının sözlərinə görə, əgər polis vaxtında vurmasaydı ölü sayı daha çox olacaq idi. Çünkü terrorçu əlindəki avtomat ilə insanlara atəş açaraq onlara yaxınlaşaraq özünü partlatmaq istəyib. Polisin çevikliyinin köməyi ilə bu onda alınmayıb.

Ötən gecə İstanbulda Atatürk hava limanında iki partlayış olub. Terrorçulardan biri insanlara atəş açıb, daha sonra isə özünü partladıb. Baş nazir Binali Yıldırım aeroportda baş vermiş partlayışla bağlı DİN rəhbəri Əfqan Ala və İstanbul valisi Vasip Şahinlə telefon əlaqəsi qurub. Binali Yıldırım həmçinin hadisə ilə bağlı böhran qrupunun yaradılmasına dair göstəriş verib.

Short URL: http://www.cumhuriyyet.net/?p=68522

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31