Türkiyədə növbəti terrorun qarşısı alındı

30.06.2016 - 11:42

hebs4Suriya ilə Türkiyə sərhədində “canlı bomba” olduqları təsbit edilən iki terrorçu saxlanılıb.

Lent.az bildirir ki, İŞİD üzvü olan bu terrorçular sərhədi qanunsuz keçməyə təşəbbüs göstəriblər. Onlar bir neçə dəfə xəbərdar edilsələr də qaçmağa başlayıblar.

Sonrakı araşdırmalar zamanı məlum olub ki, onlardan biri Ankara və Adanada “canlı bomba” aksiyası hazırlayırmış.

Zərərsizləşdirilən terrorçuların suriyalı olduğu və İŞİD üzvü kimi fəaliyyət göstərdikləri də müəyyənləşdirilib. Onların İŞİD-in əsas adamlarından hesab edilən “Ebu Ali” kod adlı Mustafa Dəmir ilə əlaqədə olduqları anlaşılıb. Saxlanılanlardan birinin adı Muhammad Arabdır ki, Ankara və Adanada “canlı bomba” aksiyalarını məhz o hazırlayırmış. Digərinin adı isə Muhanad Xaladdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=68535

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31