Avropada terror riskinə görə ölkələrin reytinqi – SİYAHI

30.06.2016 - 12:21
avropa2İstanbuldakı Atatürk hava limanında törədilmiş məşum teraktdan sonra Avropadakı bütün nəqliyyat qovşaqlarında, xüsusilə də vağzallarda, metropolitenlərdə və hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib.

Fəqət, bütün bunlar vətəndaşları terror hücumlarından, risklərdən tam xali etmir.
Milli.Az bildirir ki, Britaniyanın Xarici İşlər Nazirliyi Avropa ölkələrinin turistlər üçün terror riski səviyyəsindən asılı olaraq “reytinq”ini hazırlayıb.
Avropada turistlər üçün terror aktları riski baxımından ən təhlükəsiz ölkələr İsveçrə, Sloveniya, Çexiya, Macarıstan, Polşa, Litva, Latviya və Estoniyadır.
Qismən riskli ölkələr İrlandiya, Norveç, Finlandiya, Portuqaliya, Xorvatiya, Serbiya, Kosovo, Albaniya, Makedoniya, Rumıniya, Bolqarıstan, Slovakiya, Belarus, Lüksemburq, Gürcüstan, Maltadır.
Turistlər üçün ciddi riskli ölkələr:
1. Hollandiya
2. Danimarka
3. İsveç
4. İtaliya
5. Avstriya
6. Bosniya-Hersoqovina
7. Monteneqro
8. Yunanıstan
9. Ukrayna
10. Kipr.
Turistlər üçün ən riskli Avropa ölkələrinin siyahısı belədir:
1. Böyük Britaniya
2. Fransa
3. İspaniya
4. Belçika
5. Almaniya
6. Türkiyə
7. Rusiya.

Short URL: http://www.cumhuriyyet.net/?p=68547

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31