ŞOK İDDİA! İstanbulu qana boyayan terrorçu Rusiya vətəndaşıdır? – FOTOLAR
Türkiyəni qana bulayan terroristlərdən birinin kimliyi haqqında yeni məlumatlar əldə edilib.
Milli.az “Hürriyet”ə istinadən xəbər verir ki, terroristlər Vatan caddesindən taksiyə minərək hava limanına gəliblər. Onlar beynəlxalq terminalın qarşısında üzərində partlayıcı olan jiletlərini geyindikdən sonra bir-birindən aralanıblar. Əvvəlcə Kalaşnikovdan atəş açan, sonra özünü partladan “canlı bomba”lardan birinin Rusiya vətəndaşı, çeçen Osman Vadinov olduğu məlum olub.
Son məlumatlara görə, İstanbul hava limanında terror aktı nəticəsində 42 nəfər ölüb, 239 nəfər yaralanıb. Baş verən terrakta görə “İslam dövləti” terror qruplaşması (İŞİD) məsuliyyəti öz üzərinə götürüb.
Short URL: http://www.cumhuriyyet.net/?p=68551