Obama neftlə bağlı proqnoz verdi: “GEC-TEZ BAHALAŞACAQ…”

30.06.2016 - 13:24

obama2Tez, ya gec neftin qiyməti yenidən artacaq.

“National Observer” xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama bəyan edib.

“Hazırda neft ucuzdur, lakin bahalaşacaq. Neftin qiyməti daha da artacaq. Çünki neft məhdud təbii sərvətdir və onun hasil edilməsi bahalı proses olacaq”, – deyə prezident Ottavada Şimali Amerika ölkələri liderlərinin sammitində çıxışı zamanı bildirib.

Obama, həmçinin ekoloji təmiz enerji mənbələrini tətbiq etməyə çağırıb: “Texnologiyalar durmadan inkişaf edir, günəş energetikası, külək enerjisi, hidroenergetika, bioreaktorlar, həmçinin daha əvvəl bizim heç düşünmədiyimiz texnologiyalar yaranır, inkişaf edir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=68564

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31