Terrorda ölən qızın ürək dağlayan – MESAJI

30.06.2016 - 14:41
gulsen-baharİyunun 28-də İstanbul Atatürk hava limanında törədilən terror zamanı həyatını itirənlər şəxslərin bir çoxunun kimliyi məlum olub.
Terror aktı zamanı həlak olan şəxslərdən biri də Gülşən Bahadırdır.
Hava limanında çalışan gənc xanım ağır yaralandıqdan sonra xəstəxanaya aparılıb. Həkimlərin cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
G.Bahadırın bir müddət öncə sosial şəbəkədə yazdığı status diqqət çəkib.
“Həyatım boyunca heç vaxt savaşmadım. Heç vaxt! Nə istədiklərimi almaq üçün, nə özüm üçün, nə sevdiklərim üçün, nə həyatın mənə bəxş etmədikləri üçün, nə də haqsızlıqla qarşılaşdığım üçün! Fikirləşməyin ki, gücüm olmadığı üçün döyüşmədim. Mən həmişə mübarizə aparmağı seçdim. Çünki döyüşün hansısa bir nəticəsinin olacağına inanmırdım. Döyüşdə qazanan yox, sadəcə itkilər olur. Geridə qalan bu itkilər isə tez-tez yada düşər. Mən sadəcə olaraq o yolu seçmədim. Döyüşmürəm, mübarizə aparıram və sevirəm”.
///azvision.az

Short URL: http://www.cumhuriyyet.net/?p=68581

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31