Rusiyada təyyarə yoxa çıxdı – 10 nəfərdən xəbər yoxdur

01.07.2016 - 11:58

teyyare2Rusiyada “İl-76” təyyarəsi yoxa çıxıb.

AzNews.az yerli KİV-lərə istinadən xəbər verir ki, İrkutsk vilayətində meşə yanğınlarını söndürən təyyarə ilə əlaqə kəsilib. Təyyarə keçilməsi çətin və yanğın tüstüsü çox olan ərazidə yoxa çıxıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təyyarənin göyərtəsində 10 nəfərdən ibarət heyət üzvü olub.

“Yerli vaxtla saat 05:30 radələrində təyyarə Bayanderovsk rayonunda havaya qalxıb. 3000 metr yüksəklikdə onun əlaqə kəsilib”, – deyə təcili xidmətlərdəki mənbə bildirib.

Mənbənin verdiyi məlumata görə, təyyarə texniki saz vəziyyətdə olub: “Təyyarə uçuş öncəsi prosedurları keçib, heç bir texniki nasazlığı olmayıb”.

Mənbə təyyarənin növbəti dövri texniki xidmətinə 267 saat uçuşunun qaldığını qeyd edib.

Məlumata görə, heyət üzvləri Moskvadan olub və yanğını söndürmək üzrə böyük təcrübələri var. Sözügedən heyət dəfələrlə yanğın söndürülməsi, humanitar yardımın çatdırılması və digər aviasiya-xilasedici işlərlə məşğul olub.

Hazırda təyyarənin axtarışları davam edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=68682

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31