Ermənistan MTX polis məntəqəsini ələ keçirənlərlə əlbir olan qrupu saxlayıb

23.07.2016 - 13:00

rr-191Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Yerevanda polis məntəqəsini ələ keçirən şəxslərlə cinayət əlaqəsində şübhəli bilinən qrupu saxlayıb.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə MTX-nin məlumatında deyilir.
Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, saxlanılan şəxslər əvvəllər törədilən cinayətlərə də yardım göstərib və yeni cinayətləri dəstəkləməkdə davam edir.
“Xüsusilə, məntəqəni işğal edənlər çaxnaşma yaradan və qarşıdurmalara təhrik edən hərəkətləri ilə əlbir olduqları şəxslərə rəhbərlik edirlər. İyulun 21-də Xorenatsi küçəsindəki təcrid olunmuş məntəqəyə qanunsuz olaraq silah, o cümlədən qumbara çatdırmaq istəyən V.Q. həbs olunub. İyulun 22-də həmin yerə Molotov kokteyli olan şüşələri aparmaq istəyən M.A. saxlanılıb”, – Ermənistan MTX-nin məlumatında deyilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=70929

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930