PKK-dan xain hücum: 1 ölü, 2 yaralı
Türkiyənin Tunceli vilayətinin Ovacık magistralının kənarıda yerləşən polis məntəqəsinə PKK terrorçuları tərəfindən hücum təşkil edilib. Axar.az xəbər verir ki, hadisə nəticəsində 1 polis əməkdaşı həlak olub, 2-si isə yaralanıb.
Məlumata görə, polis məntəqəsi raket və pulemyotlardan atəşə tutulub. Terrorçuların yaxalanması istiqamətində bölgədə axtarışlara başlanılıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=71000