“Vikiliks”dən Klintona ikinci zərbə – Məxfi
“Vikiliks” saytı Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klintonla bağlı məxfi sənədlərin ikinci hissəsini dərc edəcək.
Axar.az Foks Nyus-a istinadən xəbər verir ki, bu açıqlama ilə “Vikiliks” saytının yaradıcısı Culian Assanc çıxış edib.
“Kartları əvvəlcədən açmaq istəmirəm, amma deyə bilərəm ki, budəfəki sənədlər seçki kampaniyası ilə bağlıdır”, – deyə Assanc məlumat verib.
Short URL: http://www.cumhuriyyet.net/?p=74065