Nazir: Tehran neft bazarında qiymətlərin bərpasına hazırdır

26.08.2016 - 14:14
tehranİran neft bazarında qiymətlərin bərpası üçün OPEK-in (Neft İxrac Edən Ölkələr Birliyi) digər üzvləri ilə əməkdaşlığa hazırdır. 
Trend “Sana” agentliyinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə İranın neft naziri Bijan Namdar Zəngənə bildirib.
Nazir deyib ki, Tehran bu yolda digər OPEK üzvləri ilə əməkdaşlığa gedəcək, amma İran sanksiyalardan əvvəl “qara qızıl”ın hasilat səviyyəsini bərpa etmək niyyətindədir: “Biz gözləyirik ki, neft bazarındakı itirilmiş payımızın bərpasına dair hüququmuza diqqətlə yanaşacaqlar”.
Qeyd edək ki, sentyabrın 26-28-də Əlcəzairdə Beynəlxalq enerji forumu keçiriləcək. Gözlənilir ki, nazirlər səviyyəsindəki görüşdə neft hasilatının “dondurulması” haqda müzakirələr aparılacaq. Forum Venesuela, Ekvador və Küveytin təşəbbüsü ilə keçirilir.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=74225

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930