Etiraz aksiyası keçirənlər nazir müavinini öldürdülər

26.08.2016 - 16:06

rodolfoBoliviyada etiraz edən şaxtaçılar tərəfindən qaçırılan daxili işlər nazirinin müavini Rodolfo İlyanes qətlə yetirilib.

TASS-ın verdiyi məlumata əsasən, 3-cü etirazçının ölüm xəbəri gələndən sonra şaxtaçılar nazir müavininin üstünə atılıb və onu öldürüblər.

Qeyd edək ki, bir qədər əvvəl Boliviya Daxili İşlər Nazirliyinin başçısı Karlos Romero şaxtaçıların nazir müavinini qaçırdığını və Rodolfo İlyanesin azad olunması müqabilində polis tərəfindən saxlanılan etirazçıların buraxılmasını tələb etdiklərini bildirmişdi.

Xatırladaq ki, Boliviyada kooperativlər barədə yeni qanuna etiraz edən şaxtaçıların iki həftə bundan əvvəl başlayan aksiyasını dağıtmaq üçün polis bir neçə dəfə güc tətbiq etməyə məcbur olub.(azvision.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=74256

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930