Eynşteynin Atatürkə yazdığı dramatik məktub və Ankaranın rədd cavabı
Yəhudi əsilli Alman fiziki və elm xadimi Albert Eynşteynin Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkə yazdığı dramatik məktubu və bu məktuba İsmət İnönünün dramatik cavabını təqdim edir. Bəzi iddialara görə, altında imzası olmasına baxmayaraq, bu məktubu Eynşteyn özü yox, onun adından təmsil etdiyi OSE yazıb. Məktubda yazılanlar:
Eynşteynin xahişi
“Atatürk Həzrətləri!
Dünya Birliyinin (Yəhudi Əhalisi Qoruma qrupları Birliyi) fəxri başqanı olaraq Almaniyadan 40 professorla həkimin elmi və tibbi işlərinə Türkiyədə davam etmələrinə icazə verməniz üçün müraciət etməyi zatinizdən rica edirəm.
Sözügedən şəxslər Almaniyada hələ də qüvvədə olan qanunlar səbəbiylə peşələrini icra edə bilmirlər. Çox geniş təcrübə, bilik və elmi-ləyaqət sahibi olan bu şəxslər, yeni bir ölkədə yaşadıqları təqdirdə son dərəcə faydalı olacaqlarını isbat edə bilərlər.
Zatinizdən ölkənizdə yerləşmələri və işlərinə davam etmələri üçün icazə vermənizi istəyimiz yüksək təcrübəyə malik mütəxəssis və sayılıb-seçilən akademik olan bu 40 nəfər birliyimizə edilən çoxsaylı müraciətlərin arasından seçilmişlər. Bu elm adamları Hökumətinizin təlimatları istiqamətində istənilən qurumda bir il ərzində təmənnasız işləmək arzusundadırlar.
Bu müraciətə dəstək vermək məqsədilə Hökumətinizin tələbi qəbul etməsi halında yalnız yüksək səviyyədə insanlıq borcunu yerinə yetirməklə qalmayacağını, həm də bunun ölkənizə əlavə qazanc gətirəcəyinə ümidimi ifadə etmək cürətini tapıram.
Zatinizin sadiq xidmətçisi olmaqdan şərəf duyan Prof. Albert Einstein”
İnönünün CAVABI
“Hörmətli professor,
İqtidardakı hökumətin siyasəti nəticəsində Almaniyada elm və tibb işlərini yerinə yetirə bilməyən 40 professor və həkimin Türkiyəyə qəbulunu diləyən məktubunuzu aldım. Bu bəylərin hökumətimiz qurumlarında bir il pulsuz işi qəbul etdiklərini gördüm. Təklifinizin çox cazibədar olmasına baxmayaraq, ölkəmizin qanun və qaydalarına uyğun olaraq sizə müsbət cavab vermə imkanı görmürəm.
Hörmətli professor, bildiyiniz kimi bu anda 40-dan çox professor və həkimi (ölkəmizə) qəbul etmişik. Bənzər xüsusiyyət və bacarıqda olan bu şəxslər da eyni siyasi şərtlər altındadırlar. Bu professor və həkimlər burada etibarlı qanun və qaydalar altında işi qəbul etmişlər.
İndiki halda, müxtəlif mədəniyyət, dil və mənşələrdən gəlmiş üzvlərlə həssas yanaşmağa çalışırıq. Bu səbəblə hazırki şərtləri nəzərə alıb daha çox personal çalışdırmağın mümkün olmadığını təəssüflə bildirirəm.
Hörmətli professor,
Arzunuzu yerinə yetirə bilməməyin kədərini ifadə edir, ən səmimi duyğularımla buna inanmanızı xahiş edirəm.
İsmət İnönü”
(24saat.org)
Short URL: http://www.cumhuriyyet.net/?p=75616