Gizli plan: Ermənistana yeni baş naziri Rusiya göndərib, səbəb Qarabağdır…
Ermənistana yeni baş naziri Rusiya göndərib, özü də konkret səbəblərlə. Virtualaz.org xəbər verir ki, bunu keçmiş baş nazir, müxalif “Respublika” partiyasının sədri Aram Sərkisyan “Azadlıq” radiosunun erməni xidmətinə deyib.
Xəbər verildiyi kimi ötən həftə Ermənistanda baş nazir Ovik Abramyan istefa verib. Rusiyanın “Qazprom” şirkətinin meneceri, İrəvanın keçmiş meri Karen Karapetyan baş nazirliyə namizəd irəli sürülüb. Aram Sərkisyan deyir ki, Karapetyan Moskvadan İrəvana heç də müvəqqəti baş nazir olmaq üçün gəlməyib. “Onun təyinatı barədə qərar birmənalı şəkildə Moskvada qəbul olunub. Bu, aydındır. Regionda rəqabət gedir, aydındır ki, Rusiya hakimiyyəti Ermənistan hakimiyyətinin davranışlarından narazıdır. Həm Qarabağ məsələsində, həm daxili siyasi proseslərdə. Ruslar gizlətmirlər ki, onlar günü-gündən burada öz təsirlərini itirirlər. Bu baxımdan onlar öz imkanlarını, təsirlərini artırmaq istəyirlər və Karapetyanı da buna görə göndəriblər”-keçmiş baş nazir deyib.
Aram Sərkisyana görə Rusiya keçmiş baş nazir Ovik Abramyanla işləməyin mümkün olmadığını gördü, çünki onun proseslərə təsir imkanları yox idi və etimadı itirmişdi. Nəticədə ruslar daha etibarlı fiqurun baş nazir olmasını istədilər.(virtualaz.org)
Short URL: http://www.cumhuriyyet.net/?p=75688