ŞOK İDDİA! Fəthullah Gülən qətlə yetirilə bilər
Türkiyənin məşhur jurnalisti Əbdürrəhman Dilipak Fətullah Gülənə verilən vaxtın başa çatdığını, onun bütün layihələrin boşa getdiyini və qətlə yetirilə biləcəyini dedi. A24.Az xəbər verir ki, məşhur jurnalist Əbdürrəhman Dilipak “Gülən qətlə yetirilə bilər” başlıqlı məqaləsində bunları yazıb: “Lakin başqa həqiqət də vardır. ABŞ Güləndən o qədər də asan xilas ola bilməz. Məsələnin içində İngiltərə, Fransa, Almaniya, Vatikan, İsrail və başqa ölkələr var. Burada 140-a yaxın ölkədə kökləri olan təşkilatdan bəhs edilir. Bu, yüz milyardlarla dollar xərclənən layihədir”.
Dilipak “Akit” qəzetində bunları qeyd edib: “Mərkəzi Kəşfiyyat İdarəsi öz adamına nə edəcək? Dediyim ssenarilərdən biri həyata keçə bilər, yaxud tamamilə başqa ssenari də baş verə bilər. Lakin məntiqi cəhətdən belə olacaq. Bütün ehtimallar qeyd olunur. Bütün ehtimalların hesab və riskləri analiz edilir, dəyişən şərtlər nəzərə alınır.
Hər şeydən əvvəl, Gülən yaşayacaq, yoxsa öləcək? Yaxud zombi olacaq? Özü də ölə bilər, qətlə də yetirilə bilər, ölməyə də bilər. Öldüyü halda ölümü gizlədilə bilər. Məsələn, Pensilvaniyada bir anda ortadan yox olub, Klimancaro və ya Sina dağında yaşaması kimi hekayələr uydurula bilər. Hatta bəziləri gedib onunla görüşə də bilərlər.
Gülənin həm yaşaması, həm də ölməsi bir problemdir. Cəsəd harada dəfn olunacaq? ABŞ-da, Türkiyədə, yoxsa Qüdsdə? Said Nursi hadisəsində olduğu kimi cənazəsi qaçırıla da bilər. Her şey ola bilər. Məsələn, Gülənin İndoneziyada yaşadığı iddia oluna bilər. Gülənin dəfn olunduğu məzar açıldığı zaman orada başqasının cəsədi ola bilər. Şübhəsiz ki, Gülənin bundan sonrakı həyatı ilə bağlı ABŞ-da bir çox ssenarilər yazılacaqdır”.
Short URL: http://www.cumhuriyyet.net/?p=75694