Səddam Hüseyni edam edən adam danışdı – VİDEO

14.09.2016 - 13:23

rrİraqın keçmiş Milli Təhlükəsizlik Müstəşarlığının rəhbəri Mofak Rubayi Səddam Hüseynin edamının detallarını açıqlayıb. “Səddamı qapıda qarşıladım. Otağa bizdən başqa heç kim girmədi. Səddam pencək və ağ köynək geyinmişdi, çok sakit idi, həyəcanlı görünmürdü, üzündə heç bir qorxu əlaməti yox idi. Səddamın edam qərarının oxunması üçün hakimin otağına götürdüm. Qərarı eşidincə “Amerikaya ölüm, İsrailə ölüm, Farsi Məcusilərə ölüm, Yaşasın Fələstin!” şüarlarını səsləndirdi”, deyə Rubai 10 il əvvəl İraq diktatorunun edamını xatırlayarkən bildirib.
Ölkə.Az xəbər verir ki, Rubayi 10 il əvvəl edam edilən İraq liderinin edama aparılarkən heç bir peşmanlıq duyğusu olmadığını söyləyib. Səddam Hüseyin 2006-cı ildə Qurban Bayramı günü, sübh tezdən edam edilmişdi.
“Səddamın edamı, amerikalı mühafizəçilər tərəfindən İraq hökuməti devrildikdən sonra həyata keçirildi. İraqlı məsul şəxslər qərar çıxar-çıxmaz onu tələsik edam etdilər. Bu da bütün ərəb liderlərini heyrətə gətirmişdi. Bəziləri onun həmin an narkotik maddə təsiri altında olduğunu söyləməmi istəyir, ama bu belə deyildi. Söylədiklərim tarixi həqiqətlərdir. Səddamın günahları vardı, qatil idi, bu doğrudur, ancaq sonuna qədər elədiyi bütün hərəkətlərdə haqlı olduğunu düşünürdü. Mən onun Allahdan bağışlanmaq dilədiyini, dua etdiyini, namaz qıldığını görmədim.
Edama aparılarkən əlində Qurani Kərim tutmuşdu. Ayaqları bağlı olduğu üçün edam olunacağı kətilin üzərinə qalxa bilmədi, biz kömək etməli olduq. Edam olunduqdan sonra cəsədini ABŞ təyyarəsi ilə Bağdadda hökumət binalarının yerləşdiyi, o zamanın baş naziri Nuri Əl Malikinin qaldığı evə apardıq. Maliki bizi təbrik etdi”,- deyə Rubai bildirib. Onun sözlərinə görə, Səddamın edam edilmə müddəti Maliki ilə o zamankı ABŞ prezidenti Corc Buş arasındakı razılaşmadan sonra başlayıb.
Buş Malikidən “Bu canini nə edəcəksiz?”- deyə soruşunca, Maliki “edam edəcəyik” cavabını vermişdi. Corc Buş bu cavabdan məmnun qalaraq baş barmağını qaldıraraq bəyəndiyini ifadə etmiş və razılığını bildirmişdi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=75805

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031