Özbəkistanda klanların savaşı: Spiker müavini də namizəd oldu

17.09.2016 - 10:51

rrÖzbəkistan parlamentinin spiker müavini Sərvər Otamuradov da prezidentliyə namizədliyini irəli sürüb. Axar.az xəbər verir ki, bu barədə informasiyanı Özbəkistan Mərkəzi Seçki Komissiyası yayıb. Otamuradovun namizədliyi Milli Oyanış Partiyasından irəli sürülüb.
Qeyd edək ki, Özbəkistanın Baş naziri Şövkət Mirziyayev də prezidentliyə namizədliyini verib. O, hazırda Özbəkistan prezidentinin səlahiyyətlərinin müvəqqəti icraçısıdır. Mirziyayev ölkənin boz kardinalı hesab edilən Özbəkistan Dövlət Təhlükəsizlik Komitəsinin sədri Rüstəm İnoyatov tərəfindən dəstəklənir. Baş naziri dəstəkləyənlər sırasında xüsusi yeri Rusiya tutur.
Hazırda Özbəkistanda 4 partiya fəaliyyət göstərir. Bunlar Özbəkistan Liberal Demokrat Partiyası (Şövkət Mirziyayevin namizədliyini irəli sürüb – red.), Milli Oyanış Partiyası, Özbəkistan Xalq Demokratik Partiyası və Ədalət Partiyasıdır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=76025

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031