Ermənistanda meri güllələdilər – Vəziyyət gərginləşdi

17.09.2016 - 11:38

rrErmənistanın Eçməzdin şəhərində mer seçkiləri ərəfəsində vəziyyət gərginləşib. Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, şəhərdə atəş səsləri eşidilib. Məlumata əsasən ötən gün axşam saat 23:00 radələrində paytaxt İrəvandan geri qayıdan Eçməzdin şəhərinin meri Karen Qriqoryanın avtomobili atəşə tutulub. Hadisə zamanı Qriqoryan qardaşı ilə birgə avtomobildə olub. Hadisə zamanı mer xəsarət almayıb.
Erməni KİV-lərin yaydığı xəbərə görə, Qrioqryanın avtomobilinə Eçməzdin meriyasına digər namizəd Artur Tumanyan və sabiq merin qardaşı oğlu Qraçik Abqaryan atəş açıb. İnsidentdən sonra tərəflər arasında dava düşüb. Nəticədə Tumanyan və Abqaryana ciddi xəsarət dəyib. Hazırda onların hər ikisi xəstəxanadadır.
Karen Qriqoryanın ofisindən “News.am”-a bildirilib ki, hazırda hüquq –mühafizə orqanlarında insidentlə başlı araşdırma aparılır. “Abqaryan və Tumanyanı döyüblər, onlar hazırda xəstəxanadadılar”-deyə qeyd olunub. Şəhərdə vəziyyətin gərgin olduğu, təhlükəsizik tədbirlərinin gücləndirdiyi deyilir.
Qeyd edək ki, Eçməzdində mer seçkiləri sentyabrın 18-i keçiriləcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=76034

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031