Çingizxanın qəbrini açdılar: Şok həqiqət üzə çıxdı
Monqolustan və Cənubi Koreyadan olan genetiklər, Monqol İmperiyasının qurucusu və birinci böyük xanı Çingizxanın və onun qohumlarının qəbrini araşdırıblar. Nəticədə alimlər monqol-tatar ordasının xanının irqi ilə bağlı maraqlı iddia ortaya atıblar.
Mütəxəssislər Monqolustanda Çingizxan klanının gerbi ilə bəzədilmiş Tavan Tolqa kurqanından 4 kişi və 3 qadın skeleti tapıblar. Məzarlıq ərazisində tapılan əşyaların və zərgərlik məmulatlarının radiokarbon analizi nəticəsində dəfn edilmiş cəsədlərin yaşını müəyyən etmək mümkün olub.
Tədqiqatçıların sözlərinə görə, kurqanda dəfn edilən şəxslər Böyük Çingizxan və onun uşaqlarının zamanına (1130-1250) aiddir. Onu da müəyyənləşdirmək mümkün olub ki, məzardakı bütün qalıqların haploqrupları bir-birinə oxşardır və onların hamısı eyni gen dəstinə aid analoji mutasiyalardır. Çingizxan indiyə qədər Asiya haploqrupuna aid edilirdi. Alimlərin son araşdırması isə göstərir ki, monqol-tatarların öndəri Avropa əsilli olub.(publika.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=76242