Ərdoğanın BMT-dəki sensasion çıxışı — VİDEO

21.09.2016 - 11:47
Tayyip Erdogan addresses the media with Jens Stoltenberg in AnkaraBMT Baş Assambleyasının zirvə toplantısında çıxış edən Türkiyə prezidenti dünya liderlərinə insanlıq dərsi verib.
Ərdoğan çıxışı zamanı Suriyadan başlayaraq Qəzza problemi, Avropadakı qaçqın problemi və BMT-nin dünyada gedən neqativ proseslərə müdaxilə edə bilməməsindən danışıb.
Suriyada müharibənin artıq 5 ildir davam etdiyini vurğulayan Ərdoğan ölkəsinin milyonlarla qaçqına qucaq açdığını və onları öz imkanları hesabına saxladığını bildirib. Avropa İttifaqını verdiyi sözü tutmamaqda ittiham edən Ərdoğan hər gün Egey və Aralıq dənizlərində yüzlərlə qaçqının boğularaq öldüyünə diqqət çəkib.
Bütün bu proseslərin dünyanın inkişaf etmiş ölkələrinin burnunun ucunda baş verdiyini qeyd edən Ərdoğan BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvünün bütün dünyaya necə yaşamağı diqtə etməsinin yolverilməz və ədalətsizlik olduğunu bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=76266

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031