Sağlamlıq reytinqi: Azərbaycanın reytinqi 188 ölkə arasında neçəncidir?

23.09.2016 - 14:31

 

medical doctor with stethoscope on white background

“The Lancet” jurnalı dünya üzrə sağlamlıq reytinqini açıqlayıb. 33 tibbi göstərici əsasında tərtib olunan reytinqdə Azərbaycan 188 ölkə arasında 75-ci yeri tutur.
Novator.az-ın məlumatına görə, qonşulardan Ermənistan 86-cı, Gürcüstan 106-cı, Rusiya 119-cü sırada qərarlaşır.
Reytinq cədvəlinə İslandiya başçılıq edir. İlk 5-likdə Sinqapur, İsveç, Andorra və Böyük Britaniya da yer alır.
Mərkəzi Afrika Respublikası sonuncu – 188-ci yerdədir.
Reytinq tərtib olunarkən uşaq və körpə ölümü, yol qəzalarında ölüm, uşaqlarda artıq çəki, alkoqol və tütündən istifadə səviyyəsi, QİÇS-ə, vərəmə, Hepatit B-yə yoluxma, intihar göstəriciləri və s. nəzərə alınıb.
Ekspertlər müharibələrdə və zorakılıq hadisələrində ölüm göstəricilərini də meyarlar siyahısına daxil ediblər.
Hər 33 meyar üzrə 1990-2015-ci illər arasındakı durum araşdırılıb.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=76442

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031