Silahlı hücum: 12 nəfər öldürüldü
İraqda silahlı dəstə gömrük keçid məntəqəsinə hücum edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə İraqın şimalındakı Tikrit şəhərində baş verib. Məlumata görə, polis əməkdaşları ilə toqquşmada 8-i silahlı dəstənin üzvü olmaqla, 12 nəfər həlak olub, 23 nəfər isə yaralanıb. Bildirilir ki, hücumla paralel şəhərdə avtomobil də partladılıb. Silahlı basqına görə məsuliyyəti hələlik heç kim öz üzərinə götürməyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=76565