Nurçular Gülənin ayaqqabılarında su içirlərmiş…

14.10.2016 - 03:14

rrFəthullah Gülənin tərəfdarları dindirmələrdə etiraf edirlər ki, vaizin geydiyi çəkmələrdən su içir və aldıqları “xeyir-dua verilmiş” dollarları paltarlarında gizlədirlərmiş. Cumhuriyyet.az “Sputnik”ə istinadən bildirir ki, bunu jurnalistlərə Türkiyənin Xarici İşlər Nazirliyində deyiblər.
“Bu insan təşkilatı qurdu, amma ölkəyə xidmət üçün yox, həmin quruma və şəxsən Gülənə xidmət üçün. Bundan başqa, bu həm də terror təşkilatıdır, o praktik olaraq sekta idi”, — Türkiyə XİN-in nümayəndəsi vurğulayıb. Türkiyədə çevriliş cəhdinin uğursuzluğundan sonra Gülən təşkilatı ilə şübhəli əlaqələrdə olan şəxsləri saxlamağa və sorğu-sual etməyə başladılar. Onların ifadələri Gülən tərəfdarlarının nə dərəcədə “zombiləşdirildiklərini” açıq-aydın göstərir.
“Axtarış vaxtı bir generalın alt paltarında dollar kupyurası tapdılar və o dedi ki, onunla ayrılmaq istəmirmiş, çünki ona Gülən “xeyir-dua veribmiş”. Bizə o da məlumdur ki, Gülən tərəfdarları onun ayaqqabılarını alaraq, onlarda su içirmişlər”, – deyə Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=78969

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31