Parisin mərkəzindəki sirli ev 70 il sonra açıldı – Foto/Video

15.10.2016 - 10:17

b6f0b1d5ab7d70 il əvvəl sürgün edilən qadının o vaxtdan bəri bağlı qalan evini açaraq incələyiblər.

Parisin mərkəzindəki bu ev bir auksiyon rəhbəri tərəfindən açılıb. Evin içindən olduqcə dəyərli bir əşya tapılıb. 1939-ci ildə, ikinci dünya müharibəsi başlayanda Parisdəki evindən çıxarılaraq zorla köç etdirilən 23 yaşlı Madam de Florian almanlardan qaçmaq üçün evinin qağısına kilid vuraraq cənuba doğru yol alıb. O, illər uzunu Parisin mərkəzindəki evin kirayəsini ödəsə də evinə qayıtmayıb. Qadın 2010-cu ildə, 91 yaşında vəfat edib. Onun vəfatından dərhal sonra varisləri Parisdəki bu evdən xəbər tutublar.

Varislər auksiyon rəhbəri ilə danışıb, evin dəyəri ilə maraqlanıblar. Evə baxmağa gələn şəxslər isə gördüklərinə inanmaqda çətinlik çəkiblər. Bu qapıdan tam 70 il heç kim girməmişdi. Qədim mebellər və keyfiyyətli çini qabları görən auksiyon nümayəndələri buranı “yatan gözəlin sarayı” adlandırıblar. Kosmetik vasitələrlə dolu makiyaj masası da olduğu kimi qalırdı.

Evdən tapılan əsas qiymətli əşya isə çəyrayı donlu qadın tablosu olub. Araşdırıldıqdan sonra məlum olub ki, tablodakı qadın ev sahibinin anasıdır. Və tablo La Belle Epoque dövrünün əsas rəssamlarından biri olan Covanni Boldini tərəfindən çəkilib. Rəsimdəki qadının o zaman 24 yaşda olduğu ehtimal edilir.

1888-ci il imzalı rəsm əsəri auksiyonda 3 milyon dollara satılıb.

Madam de Florianın 70 il boyunca heç getmədiyi bir evə nə üçün kirayə pulu ödəməsi isə hələ də sirr olaraq qalır.







Short URL: http://www.cumhuriyyet.net/?p=79123

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31