ABŞ Mosulu İŞİD-dən təmizləməyə başladı

16.10.2016 - 14:02

rrİraq və ABŞ hərbi qüvvələri İŞİD-in nəzarətində olan Mosul şəhərinin şərq hissəsinə intensiv artilleriya zərbələri endirməyə başlayıblar. Bu barədə “Sputnik” agentliyinə İraqın təhlükəsizlik qüvvələrindəki mənbə bildirib.
Məlumata görə, zərbələr həlledici əməliyyata başlanmazdan öncə müəyyənləşdirilmiş hədəflərin məhv edilməsi məqsədi ilə endirilir. Mənbə əraziyə koalisiyaya məxsus gücləndirilmiş aviasiyanın cəlb olunduğunu da qeyd edib. O da bildirilir ki, Türkiyə hərbçiləri yerüstü əməliyyatlarda iştirak etmirlər.
Bundan əvvəl İraq Hərbi Hava Qüvvələri Mosula hücumla bağlı sakinləri xəbərdar etmək üçün şəhərə minlərlə vərəqə atıb. APA-nın verdiyi məlumata görə, qırıcı təyyarələrdən atılan vərəqələrdə qeyd edilib ki, Mosulun azad edilməsinə, regionda təhlükəsizliyin və sabitliyin bərqərar edilməsinə hazırlıq aparılır.
Mosul sakinlərindən evlərini tərk etməmək, qapı və pəncərələri bağlamaq, İŞİD terror təşkilatının mövqelərinə yaxınlaşmamaq xahiş edilib. Xəbərdarlıq vərəqlərdə terrorçuların fəaliyyəti ilə bağlı məlumatın verilməsi üçün telefon nömrəsi də yazılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=79181

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31