“İmam Hüseynin intiqamı alınacaq” – 100 illik döyüş başlanır
Sünni əhalinin üstünlük təşkil etdiyi İraqın Mosul şəhərində məzhəb döyüşləri baş verə bilər. Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bağdad hökuməti və İraq ordusunun gücü az olduğu üçün İran tərəfindən təlim verilən şiə milislərin əməliyyatda iştirakı məzhəb döyüşlərinə təkan verə bilər.
Məlumata görə, Tehranın nəzarətindəki “Haşdi Şabi” adlı təşkilatın ələ keçirdiyi bölgələrdə qətliamlar baş verib. Sünnilərin əksəriyyəti köçməyə məcbur edilib. İraqın dini liderlərdən olan Kays Gəzali Mosul döyüşündə İmam Hüseynin intiqamını alacaqlarını deyib.
Türkiyə isə xəbərdarlıq edib ki, şiə gücləri Mosula girəcəyi halda, bölgədə yüzillik məzhəb döyüşləri başlaya bilər.
Short URL: http://www.cumhuriyyet.net/?p=79292