Aramızdakı yadplanetlilər – Ağılasığmaz iddia…

18.10.2016 - 01:13

rrDünyanın bir sıra ölkələrindən olan mütəxəssislər gözlənilməz bir nəticəyə gəliblər. Onlar hesab edir ki, aramızda yaşayan 1 milyarda yaxın insan yadplanetlilərin nəslindəndir. Moderator.az bu haqda Rusiya mediasına istinadla xəbər verir.
Alimlərin fikrincə, yadplanetli nəsildən olanların əsas fərqləndirici göstəricisi onların qan qrupudur. Belə ki, araşdırmalardan məlum olub ki, planetimizdə mənfi rezus-faktorlu qana malik olan insanlar müsbət rezuslulardan daha azdır. Onların sayı cəmi 1 milyarddır. Bu, nadir qan qrupudur ki, belə qanlı insana yalnız eyni qrupdan olan qan verilə bilər. Amma o, digər qruplar üçün qan donoru ola bilər.
Ekspertlər müəyyən edib ki, mənfi rezuslu qana malik insanların bir çox oxşar xüsusiyyətləri vardır. Onların intellekt əmsalı (İQ) yüksəkdir. Saçları kürəndir, bədənlərinin temperaturu standart 36,6 dərəcədən aşağıdır. Gözləri daha çox göy, yaxud yaşıl olur. Belə nadir qan tipinə malik olan qadınlar qanı müsbət rezuslu kişilərlə ailə qururlarsa, hamiləlikləri ağır keçir.
Bu minvalla bəzi tədqiqatçılar belə nəticəyə gəlirlər ki, mənfi rezus –faktorlu qan qədimdə yadplanetlilərin kütləvi şəkildə Yerdə olduğunu, ya da insanları özləri ilə aparıb-qaytardıqlarını sübut edir…

Short URL: http://www.cumhuriyyet.net/?p=79373

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31