ABŞ-ın yeni prezidentinin adı məlum oldu – SEÇKİ ÖNCƏSİ SENSASİYA

24.10.2016 - 22:30

rrABŞ prezidentliyinə namizəd Donald Tramp noyabrın 8-də keçiriləcək seçkilərə 15 gün qalmış qələbə ümidlərini büsbütün itirib. Virtualaz.org “Washington Post” nəşrinə istinadən xəbər verir ki, son sorğuların nəticələrinə əsasən hazırlanmış ABŞ-ın elektoral xəritəsinə görə, Tramp lazım olan 270 seçici səsini heç cür toplaya bilmir. Onun ümid edə biləcəyi maksimal seçici sayı 180-dir. Rəqibi Hillari Klinton isə, əksinə, 323 səs toplayacaq. Bu hesablamada hətta hələlik tərəddüd edən seçicilərin də mövqeləri Trampın xeyrinə nəzərə alınıb.
Donald Tramp respublikaçıların əzəli dayaqları olan Nevada, Yuta və Texas kimi ştatlarda da uduzmağa başlayıb. “Mütləq mənada demək olar ki, Tramp hətta 2012-ci il seçkilərində respublikaçı Mitt Romninin topladığı səsdən də az səs toplayacaq. Xatırladaq ki, 4 il əvvəl Romni cəmi 206 səs toplayaraq, Barak Obamaya 5 milyon səs uduzmuşdu”, – qəzet yazır.

Short URL: http://www.cumhuriyyet.net/?p=80036

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728