Rusiya desantçıları “Allahu Əkbər” deyib namaz qıldı – MARAQLI FOTOLAR…

25.10.2016 - 00:28
rrRusiya desantçıları Misirdə öz həmkarlarıyla birgə namaz qıldılar.  Moderator.az-ın xarici İslam saytlarına istinadla verdiyi məlumata görə, hərbçilər ibadəti “Dostluq keşikçiləri-2016”  hərbi təlimlərinin əsas mərhələsinin başlanması ərəfəsində icra ediblər.
Rusiya Hava Desant Qoşunlarının imam-muhtəsibi Ali-Hazrat Şamşaddinovun sözlərinə görə, onun təlimlərdə ruslar arasında görünməsi Misir  hərbçiləri üçün gözlənilməz olub.
“…Rusiya HDQ-də müntəzəm olaraq namaz qılan müsəlmanlar da xidmət edirlər. Təlimlərin əsas mərhələsi ərəfəsində biz Misir desantçılarıyla birgə  ibadət etdik. Onlar buna çox şad oldular. Məhəmməd Peyğəmbər əleyhissəlam buyurub ki, Allah qarşısında hamı bərabərdir. Desantçılar isə nəinki fiziki baxımdan, həm də ruhən sağlam olmalıdırlar. Məhz namaz bizə çətinliklərə sinə gərmək üçün güc verir” – deyə imam bildirib.
Xatırladaq ki, Rusiya və Misir desantçılarının Aleksandriya yaxınlığındakı birgə  antiterror təlimləri oktyabrın 15-də başlayıb və 26-dək davam edəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=80047

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728